63, A.Bagirov küç.,
AZ1037, Ramana qəsb.,
Bakı, Azerbaycan
Tel.: (+99412) 450 95 66
Faks.: (+99412) 450 95 67
E-mail: office@azmetco.com
AzMETCO KSA - neft-qaz sənayesində istehsal proseslərinin avtomatlaşdırılması sferasında xidmətlərin təqdimatı sahəsində ixtisaslaşmış müəssisədir, məhz aşağıdakı işlər üzrə:
AzMETCO KSA aşağıda göstərilən təşkilatlarla göstərilən işlərin aparılmasına dair müqavilələr imzalayıb:
Hal-hazırda bu kontraktlar üzrə iş aparılan regionlar – Azərbaycan, Gürcüstan və Türkiyə.
AzMETCO KSA yuxarıda göstərilən işlərin aparılması üçün zəruri olan nümunəvi avadanlıq və cihazlara malikdir, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılmışdır. Bundan əlavə, 2015-ci ildə AzMETCO, Hollandiya Metrologiya İnstitutu (VSL) tərəfindən sertifikatlaşdırılmış, mobil və stasionar pruverlərin kalibrlənməsi işlərinin aparılmasına dair beynəlxalq sertifikatlara (CMC) malikdir. Bütün bunlar barədə məlumatı aşağıdakı saytdan əldə etmək olar:
http://www.vsl.nl/en/vsl-cmc-certified.
VSL şirkəti ilə işlər davam etdirilir. AzMETCO, neft və neft məhsullarının hesablanması-uçotu-qeydiyyatı sistemlərinə məxsus avadanlığın kalibrlənməsinə dair bütün fəaliyyət növləri üçün prosedurların hazırlanmasını və müvafiq sertifikatların (CMC) alınmasını VSL ilə birgə planlaşdırır.
AzMETCO, nümunəvi ölçmə vasitələri ilə təchiz edilmiş aşağıdakı avadanlığa malikdir:
Çöl şəraitində obyektlədə işlərin aparılması üçün aşağıdakı avadanlığımız var:
Bütün bunlar imkan verir ki, neft və neft məhsullarının hesablanması-uçotu-qeydiyyatı sistemlərinə və ayrı-ayrı səhra cihazlarına texniki və metroloji xidmət işləri kompleks şəklində, keyfiyyətlə həyata keçirilsin.
AzMETCO-nun əsas işçi heyəti-personalı bu sahə üzrə 25 ildən artıq iş təcrübəsinə malikdir. İşə yeni qəbul edilən gənc əməkdaşlarla, ən azı 3-5 il ərzində, çöl-səhra şəraitində və AzMETCO laboratoriyalarında ixtisaslaşdırılmış təlim-məşqlər və biliklərin yoxlanması üzrə məşğələlər aparılır.